Türkiyə və Almaniyanın müdafiə nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və onun almaniyalı həmkarı Annenqret Kramp-Karrenbauer arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında bildirilib.

Telefon danışığı zamanı Əfqanıstanda baş verən son hadisələr müzakirə edilib və təxliyə işləri ilə bağlı fikir mübadiləsi aparılıb.