Bayden: "ABŞ-a Əfqanıstandan daha çox Suriyadan terrorizm təhdidi var"

ABŞ Prezidenti Co Bayden Suriyadan ölkəsinə terrorizm təhdidinin olduğunu açıqlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Bayden bu ölkədən gələn terrorizm təhdidini Əfqanıstanla müqayisə edib.

"Hazırda ABŞ-a Əfqanıstandan daha çox Suriyadan terrorizm təhdidi var", - ABŞ Prezidenti söyləyib.