Stoltenberq Aİ rəhbərliyi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib

NATO Baş katibi Yens Stoltenberq Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

APA-nın xəbərinə görə, Yens Stoltenberq bu barədə "Twitter"də bildirib.

“NATO təxliyələri koordinasiya etmək və asanlaşdırmaq üçün Aİ və beynəlxalq ictimaiyyətlə yaxın şəkildə əməkdaşlıq etməyə davam edir”, - deyə o qeyd edib.