"Taliban" Kabildə komendant saatı tətbiq edib

"Taliban" Əfqanıstanın paytaxtı Kabildə komendant saatı tətbiq olunduğunu elan edib.

"Report"un TASS-a istinadən xəbərinə görə, bu barədə Əfqanıstanın "Khaama Press" agentliyi məlumat yayıb.

Qərara əsasən, Kabildə heç kəsin 21:00-dan səhərə qədər evdən çıxmasına icazə verilmir.

Bu qərar Əfqanıstanın paytaxtındakı bütün məscidlərdə elan edilib.