İtaliya səfirliyini Kabildən Dohaya köçürməyi planlaşdırır

İtaliya yaxın günlərdə Əfqanıstandakı səfirliyini Qətərə köçürməyi planlaşdırır.

"Report" "Adnkronos" a istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Luigi Di Maio bildirib.

"Biz yaxın günlərdə Kabildə olan səfirliyimizi Dohaya köçürmək niyyətindəyik", - nazir vurğulayıb.

Qeyd edək ki, İtaliyanın xarici işlər naziri hazırda Qətərdədir və burada Əmirlik rəhbərliyi ilə Əfqanıstandakı vəziyyəti müzakirə edir.