Qvineyada prezident həbs olundu, parlament buraxıldı-YENİLƏNİB

Qvineyada dövlət çevrilişinə rəhbərlik edən polkovnik Mamadi Dumbuya bəyanatla çıxış edib.

O, ölkə başçısının həbs olunduğunu bildirib. Qiyamçı hərbçilərin başçısı, həmçinin parlamentin buraxıldığını və ölkə konstitusiyasının fəaliyyətinin dayandırıldığını bəyan edib.

Mənbə: “RİA Novosti”

17:17

Qvineyada ordu hakimiyyət çevrilişi edib.

Narazı hərbçilərə xüsusi təyinatlı dəstənin rəhbəri polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

Ölkə prezidenti Alfa Kondenin artıq üsyançıların əlinə keçdiyi bildirilir.

Mənbə: “RİA Novosti”


17:00

Qvineyada dövlət çevrilişinə cəhd olunub.

Yayılan məlumatlara görə, Konakri şəhərindəki hökumət idarələrinin yerləşdiyi məhəllədə, o cümlədən də prezident sarayı ətrafında atışma baş verib.

Hərbçilər sarayı mühasirəyə alıblar. Şəhərin qeyd olunan məhəlləsinə giriş-çıxış əngəllənib.

Ölkə prezidentinin sağ-salamat olduğu bildirilib.

Mənbə: “Reuters”