"Taliban" Pəncşir tamamilə nəzarəti altına aldığını elan edib

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətini bütünlüklə nəzarəti altında aldığını elan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

“Əfqanıstanın Pəncşir vilayəti tamamilə tutulub və hərəkatın nəzarətinə keçib”, - o qeyd edib.