Analitik:“Taliban Pənçşirdə məğlub ola bilər” - Gizli dəstək!

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tabe olmaqdan imtina edən Pəncşir vilayətini bütünlüklə nəzarəti altında aldığını elan edib. Bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.
“Əfqanıstanın Pəncşir vilayəti tamamilə tutulub və hərəkatın nəzarətinə keçib”, - o qeyd edib.

 Ölkədəki vəziyyəti “Sherg.az”a təhlil edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik Tural İsmayılov bunun dünya gündəminin əsas mövzusu olduğunu söylədi: 

“Təəssüf ki, qlobal imperializmin əfqanların başına açdığı oyun davam edir. ABŞ “çətiri altında” olduğu vaxtlarda nəinki Talibanın varlığına son qoyuldu, hətta başqa yerlərdəki mövcudluğuna göz yumuldu.

Qərbin maraqları təmin olunduqdan sonra isə Talibanın Əfqanıstanı işğal etməsinə səssiz yanaşıldı. Artıq Rusiya və Çin də yerli hakimiyyətlə danışıqlar aparır.

Fikrimcə, Pəncşirdəki müqavimət məqsədlidir. Alternativ qüvvələrə gizli dəstək verilməsi Talibanın həmin şəhərdə məğlub ola biləcəyini istisna etmir. Hətta, ola bilsin, Pəncşirə yeni idarəetmə forması verilsin.

İstənilən halda, proseslərin belə davamı əfqan xalqı üçün yaxşı nəsə vəd etmir.
Bu, sadəcə təbii sərvətlərin növbəti dəfə istismarı deməkdir”.