Gürcüstanın keçmiş müdafiə naziri beş il müddətinə həbs olunub

Gürcüstanın sabiq müdafiə naziri, “Formula” televiziya kanalının təsisçisi David Kezeraşvili beş il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.

Sabiq nazir Müdafiə Nazirliyi ilə bağlı bir layihə çərçivəsində 5 milyon 60 min avro məbləğində vəsaiti mənimsəməkdə ittiham olunub. 2017-ci ildə Apellyasiya Məhkəməsi D.Kezeraşviliyə bəraət verib. Məhkəmə prosesi bir neçə gün öncə bərpa edilib.

Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.