Bolqarıstanda bu il üçüncü dəfə seçkilər keçiriləcək

Bolqarıstanda Sosialist Partiyasının iyulun 11-də keçirilən erkən ümumi seçkilərdən sonra qurulan 46-cı Məclisdə hökumət qurmaq cəhdləri uğursuz olub.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Partiya lideri Kornelya Ninova parlamentdəki digər siyasi partiyalardan dəstək ala bilmədiyini bildirib və bu müddətdə ölkədə erkən seçkilərin qarşısını almaq üçün əllərindən gələni etdiklərini, lakin səylərinin nəticəsiz olduğunu deyib.

Qeyd edək ki, ölkə başçısı erkən seçkilərdən əvvəl kabinet qurmaq işini Bolqarıstan Sosialist Partiyasına tapşırıb.

Ölkə konstitusiyasına görə, prezident Rumen Radevin parlamenti buraxması və yeni seçki tarixini elan etməsi tələb olunur.