"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.
Təşkilat rəhbəri deyib ki, ÜST-ün qlobal məqsədinin hər bir ölkədə sentyabrın sonuna qədər əhalinin 10%-nin, ilin sonuna qədər əhalinin 40%-nin və gələn ilin ortalarına qədər əhalinin 70%-nin peyvənd olunmasıdır:
"Yüksək gəlirli ölkələrin əksəriyyəti hədəfə 40% çatsa da, aşağı gəlirli ölkələr hətta 10%-lik baryeri aşa bilməyib".