Kreml: Əfqanıstanla bağlı siyasəti ABŞ-ın imicinə zərər vurub

ABŞ-ın Əfqanıstanla bağlı qərarlarını uğursuzluq kimi qiymətləndirmək olar.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “Birinci” kanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, Əfqanıstanla bağlı siyasəti ABŞ-ın imicinə zərər vurub.

“Əgər Əfqanıstanda baş verənlərdən danışsaq, çətin ki, bunu uğur adlandırmaq olsun. Daha dəqiq desək, bunu uğursuzluq adlandırmaq olar. Digər tərəfdən, bu, amerikalıların yaşadığı birinci uğursuzluq deyil. Aydındır ki, ABŞ-ın öz maraqlarına praqmatik yanaşma baxımından, zərər o qədər də böyük deyil, güman ki, bu, imicə vurulmuş zərərdir”, deyə D. Peskov vurğulayıb.