Dünyada internet problemi yaşana bilər - FOTO

Kaliforniya Universitetinin alimi Sangeta Abdu yeni bir araşdırmasında şiddətli günəş fırtınasının aylarla davam edə biləcəyini qeyd edib.
“Sherg.az” “Sabah.com”a istinadən xəbər verir ki, bu durum internetin çöküşünə səbəb ola bilər.
S.Abdu araşdırması ilə əlaqədar bu sözləri söyləyib:

“Pandemiya zamanı dünyanın nə qədər hazırlıqsız olduğunu gördük. Bu, məni çox düşündürür. Eyni şeyi internetdə də yaşaya bilərik. Çünki internet infrastrukturu günəş aktivliyinə tab gətirməyə bilər.

Mütəxəssislər Abdunun müəyyən məqamlarda haqlı olduğunu söyləyirlər. Yer kürəsinə birbaşa təsir edən günəş fırtınasının 10 il ərzində 1.6 faiz ilə 12 faiz arasında olduğu təxmin edilir.