Ərdoğan- Bayden görüşü nələr vəd edir?- Şərh



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ rəhbəri Cozef  Baydenlə görüşəcək. Məlumata görə, dövlət başçılarının görüşü “Böyük yeddilər”in (G20) sammitinin dövlət və hökumət başçılarının görüşü çərçivəsində baş tutacaq. Prezidentlərin görüşünün məhdud formada keçiriləcəyi bildirilir. 
Sammit oktyabrın 30-31-də İtaliyanın payaxtı Romada baş tutacaq.

Politoloq Azər Rəşidoğlu liderlər arasındakı görüşü “Sherg.az”a şərh etdi: 

“Həmin görüş xeyli dərəcədə Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin müzakirəsinin nəticəsindən asılı olacaq. ABŞ Türkiyənin Rusiyadan S-500 almasını istəmir. Rusiya isə Türkiyənin mövqelərinin Suriyada möhkəmlənməsindən narahatdır. Rusiya üçün Suriya ölüm-dirim məsələsidir. Bu mənada tərəflər arasında konkret razılığın əldə olunmasını gözləmirəm. Gərginlik artsa, Ərdoğanla Bayden razılığa gələcəklər. Ankara Vaşinqton üçün imtina edilməz müttəfiqdir. Doğrudur, tərəflər arasında S-500-ə və 15 iyul çevrilişində ABŞ-ın “əli”nin olması barədə iddialara görə müəyyən gərginlik var, amma Bayden münasibətlərin düşmənlik səviyyəsinə çatmasını istəmir. Bu mənada Bayden- Ərdoğan görüşü gərgin  keçsə də, prezidentlər qarşılıqlı münasibətlərdən yararlanmaq istəyəcəklər”.

Kənan Novruzov