Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
“Haber Global” məlumat verir ki, bu barədə o jurnalistlərə açıqlamasında bildirib:
“Baydenlə vəziyyət o qədər də yaxşı deyil demişdim. Bunu dedik, cavab artıq gəldi. Qismət olsa, Romada görüşəcəyik. Oradan da inşallah Qlazqoya gedəcəyik. Böyük ehtimalla, Qlazqoda da görüşəcəyik. Demək ki, müsbət addımlar atılır”.