Avropa Komissiyası meşələrin qorunması üzrə qlobal təşəbbüsə 1 milyard avro ayrıldığını açıqlayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qlazqoda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında çıxış edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.
Ursula fon der Leyen, həmçinin deyib ki, Avropa Komissiyası tezliklə meşələrin qırılmasını məhdudlaşdıran direktiv təqdim edəcək.
"Avropa bazarlarına daxil olan məhsullar meşələrin qırılmasına səbəb olmamalıdır", - Komissiya rəhbəri əlavə edib.