Almaniyada COVID-19 xəstəsi təyyarədə öldü


Almaniyada təyyarədə sərnişin koronavirusdan ölüb.

Hamburqda sərnişinlər təyyarədən enəndə göyərtədə üzərində həyat əlaməti olmayan kişi tapılıb.

Ehtimal edilir ki, onun gözu yumulu olduğundan uçuş zamanı öldüyünü anlamayıblar. Hamı onu yatmış sanıb.

Artıq məlum olub ki, həmin şəxs ciddi xəstə imiş. Meyitin müəyinəsindən sonra isə onda koronavirus aşkarlayıblar.

Hüquq-mühafizə orqanları kişinin təyyarəyə necə daxil olmasını araşdırırlar, çünki uçuş zamanı mənfi nəticəli PCR testi, sağalma haqqında sənəd və ya vaksin sertifikatı tələb edilir.

Mənbə: Spiegel