Meksikada dəhşətli yol qəzasında 18 nəfər ölüb - FOTO

Meksikada 18 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.

APA xəbər verir ki, bu barədə yerli “Milenio” nəşri yazıb.

Hadisə Meksika-Puebla şossesində qeydə alınıb.

İlkin məlumatlara görə, yüksək sürətlə hərəkətdə olan yük maşınının əyləci sıradan çıxıb. Bu zaman yük maşını qarşıda gediş haqqını ödəmək üçün növbəyə duran bir neçə avtomobilə çırpılıb.

Zərbənin gücündən alov baş verib və 10 avtomobil yanıb.

Nəşrin yazdığına görə, insanlar yanğın zamanı həlak olub.