Rustavi həbsxanası önündə aksiya zamanı Dmanisi sakini  həyatını itirib


Gürcüstanın Rustavi şəhərindəki 12 sayli cəzaçəkmə müəssisəsi qarşısında keçirilən aksiya zamanı bir nəfər şəxs dünyasını dəyişib.

24News.ge xəbər verir ki, dünyasını dəyişən şəxsin Dmanisinin Dunus kəndindən olan C.Hüseynov olduğu bildirilir.

Məlumata əsasən, 54 yaşlı C.Hüseynovun aksiya zamanı halı anidən pisləşib, o təcili tibbi yardım briqadası tərəfindən Rustavi xəstəxanasına aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi hazırda məlum deyil, lakin Daxili İşlər Nazirliyi faktla bağlı intihara sövq etməni nəzərdə tutan Cinayət Məcəlləsinin 115-ci bəndi ilə istintaq başladıb.