Kuba ən böyük ispandilli agentliyin akkreditasiyasını ləğv edib



Kuba hökuməti “EFE” xəbər agentliyinin akkreditasiyasını ləğv edib.

APA-nın xəbərinə görə, Havanada 5 əməkdaşı olan agentliyin yerli bürosunun rəhbəri təcili olaraq Xarici İşlər Nazirliyinə çağırılıb.


Onlara ölkədə jurnalist fəaliyyəti ilə məşğul olmağın qadağan edildiyi bildirilib. Səbəb kimi agentliyin təlimatı pozması göstərilib.

Akkreditasiyanın nə zaman bərpa ediləcəyi məlum deyil. Agentlik qeyd edir ki, Kuba tarixində ilk dəfədir nüfuzlu xəbər agentliyinin fəaliyyəti qadağan edilir.

Qeyd edək ki, hökumətin bu addımı yaxın günlərdə gözlənilən mitinqdən bir neçə gün əvvələ təsadüf edir.