2019-cu ildə, ABŞ-ın Suriyada İŞİDŞ-ə qarşı savaş aprdığı zaman , qadın və uşaqlardan ibarət təxminən 70 nəfərlik bir qrupa havadan hücum etdiyi ortaya çıxıb.
Amerikanın New York Times (NYT) qəzetində yer alan xəbərdə, ABŞ hava qüvvələri, 18 mart, 2019-cu ildə Suriyanın Bağhuz bölgəsində qadın və uşaqlardan ibarət vətəndaşları hədəf aldığı ifadə edilib.
Sherg.az xarici media istinadən xəbər verir ki, Amerika KİV-lərində yayılan xəbərə görə, ABŞ pilotsuz hava vasitələriylə yeri təsbit edilən vətəndaş qrupun üzərinə daha sonra F-15E tipi döyüş təyyarələriylə 3 müxtəlif hücumda 2 tondan çox bomba buraxılaraq, təxminən 70 nəfərin ölümünə səbəb olduğu vurğulanıb.
Turan