Gürcüstanda yenidən səhra xəstəxanaları yaradıla bilər

"Ölkədə xəstəxana sektorunda ciddi yüklənmə var və yeni səhra xəstəxanaları yaradıla bilər".

24News.ge xəbər verir ki, bu barədə Gürcüstanda  Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Amiran Qamkrelidze açıqlama verib.

Onun sözlərinə görə, hazırda 8000-ə qədər çarpayı səfərbər edilib:

“İndiyədək xəstəxanada 7000-ə qədər Covid xəstəsi müalicə olunur. Bu həm infrastruktur, həm də insan resursları baxımından tibb sektoru üçün böyük yükdür. İndiyədək klinikalarda 8000 çarpayı səfərbər olunub və bu civarda resurs mövcuddur. Əgər epidemik vəziyyət oxşar templə inkişaf edərsə, hər gün 4000-5000 yeni yoluxma qeydə alınırsa və xəstələrin sayı sağalanların sayından vaxtaşırı çox olarsa, o zaman yeni səhra xəstəxanalarının əlavə edilməsi məsələsi gündəmə gələ bilər", - deyə Qamkrelidze bildirib.

Xatırladaq ki, ölkə üzrə ötən gün 4 565, bu gün isə 3 700 yeni yoluxma qeydə alınıb.