İraqın cənubunda minalanmış avtomobil partladılıb

İraqın cənub-şərqində yerləşən Bəsrə şəhərində minalanmış avtomobil partladılıb.

AZƏRTAC al-Sumaria telekanalına istinadla xəbər verir ki, partlayış nəticəsində azı yeddi nəfər həlak olub. Telekanalın məlumatına görə, partlayış Bəsrə şəhərindəki xəstəxanaların birinin yaxınlığında yerləşən restoranın qarşısında törədilib.

İlkin məlumata əsasən, yeddi nəfər həyatını itirib. Hadisənin digər təfərrüatları barədə hələlik açıqlama verilməyib.