Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Moskvanın SSRİ-ni yenidən birləşdirmək istəyi barədə açıqlamasına münasibət bildirib.
“Mən əminəm ki, xanım Nuland bizim hər birimiz və digər mütəxəssislər kimi yaxşı anlayır ki, Sovet İttifaqının yenidən qurulması mümkün deyil”, - deyə D.Peskov bildirib.
Mənbə: Gazeta.ru