Hindistanda helikopter qəzası: Baş Qərargah rəisi həlak oldu

Hindistan Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayıb.
Bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, insident nəticəsində Baş Qərargah rəisi general Bipin Ravat, onun həyat yoldaşı Madhulika Ravat və göyərtədə olan daha 11 nəfər həlak olub.
Yerli mətbuatda yayılan xəbərlərə görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.