Peruda hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

Axtarış-xilasetmə qrupu dekabrın 7-də Peruda qəzaya uğraması nəticəsində bir neçə nəfərin həyatına son qoyan hərbi helikopteri tapıb.

“Report” xəbər verir ki, bu barədə “El Comercio” məlumat yayıb.

“Dekabrın 8-də səhər tezdən axtarış aparan Hərbi Hava Qüvvələrinin xüsusi bölməsi Lima bölgəsində dünəndən itkin düşdüyü ehtimal edilən hava gəmisini tapa bildi. Təəssüf ki, helikopter ekipajının beş üzvü həlak olub”, - deyə ölkənin Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir.

Faciənin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırma aparılır.