Böyük Britaniyanın Baş naziri Boris Conson yenidən ata olub.
APA-nın Britaniya bürosunun xəbərinə görə, Boris Consonun qız övladı dünyaya gəlib.
Baş nazirin həyat yoldaşı Kerri Consonunun səhhətinin yaxşı olduğu deyilib.
Qeyd edək ki, cütlüyün Vilfred adlı bir oğlu var.