Nyu-Yorkda vətəndaşlığı olmayan şəxslərin yerli seçkilərdə iştirakına icazə verilib

Nyu-York Şəhər Şurası ABŞ vətəndaşlığı olmayan şəhər sakinlərinə yerli seçkilərdə iştirak hüququ verən qanunu təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, nəticədə 2023-cü ildən etibarən “Greencard” sahibi olan və ya işləmək icazəsinə malik 800 minədək Nyu-York sakini səs vermək hüququ əldə edəcək.

Daha əvvəl Men, İllinoys və Massaçusets ştatlarının bir sıra şəhərlərində bu təcrübə həyata keçirilib. Bununla belə, bu sənəd qanunsuz miqrantlara şamil edilmir.