Cosef Borrell Rusiyanı hədəfə alan çıxış edib

"Ukraynaya istənilən hərbi hücumun böyük nəticələri və ciddi xərcləri olacaq"

Avropa İttifaqının (Aİ)  Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cosef Borrell Rusiyanı hədəfə alan çıxış edib.

“Sherg.az”  xarici KİV-ə istinadən xəbər verir ki, Cosef Borrel bu haqda Aİ müdafiə nazirlərinin Fransada baş tutan qeyri-rəsmi toplantısından sonra keçirilən mətbuat konfransında danışıb.

C.Borrel çıxışda Rusiyanı gərginliyi azaltmaq haqqında xəbədarlıq edib və onu sülhə səsləyib:

"Biz Rusiyanın Avropada təsir dairələri yaratmaq cəhdini rədd edirik. Tarixi yenidən yazmaq və ya keçmişə qayıtmaq mümkün deyil. Avropanın təhlükəsizliyinin əsasını təşkil edən fundamental prinsipləri bir daha təsdiqləyirik. Biz münaqişələrin sülh yolu ilə həlli üçün mövcud mexanizmi dəstəkləyirik.  Rusiyanı güclü və qətiyyətlə gərginliyi azaltmağa çağırırıq. Ukraynaya istənilən hərbi hücumun böyük nəticələri və ciddi xərcləri olacaq. Buraya tərəfdaşlarımızla razılaşdırılaraq qəbul ediləcək məhdudlaşdırıcı tədbirlər daxildir”.

Borrel, problemləri Rusiya ilə dialoq yolu ilə həll etmək istədiklərini ifadə edib:

"Ümumiyyətlə, Rusiya ilə dialoqa açığıq, lakin azadlığımızdan, suverenliyimizdən, müstəqilliyimizdən və fundamental dəyərlərə hörmətimizdən heç vaxt güzəştə getməyəcəyik”.

Çimnaz Şahlar