Rusiyada yanvarın 20-dən etibarən bütün Avropa İttifaqı ərazisindən Rusiya Fedarasiyasına heyvandarlıq məhsullarının idxalı qadağan edilir.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Məlumata görə, qadağa Almaniyanın heyvandarlıq sektorunda dabaq xəstəliyinə kütləvi yoluxma hallarının qeyd alınması ilə əlaqədardır. Almaniya son 37 ilin ən güclü dabaq epidemiyası ilə əlaqədar artıq Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Xəstəliyi ilk olaraq heyvanların saxlanıldığı fermada qeydə alıblar.
“Rosselxoznadzor”un bildirdiyinə görə, qadağa dabaq xəstəliyinə həssas olan bütün heyvanlara və dövlət baytarlıq nəzarətində olan bütün məhsullara şamil olunacaq.
Qeyd edək ki, eynilə Belçika, İrlandiya, Niderland və Polşada Almaniyadan heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər qoyublar.