İlon Mask: "İnsanlar başqa planetlərə köçməlidir" 

Texnologiya sahəsində dünyanın ən diqqətçəkən adlarından biri, Tesla-nın baş direktoru İlon Mask "kütləvi yox olma" ilə bağlı təəccüblü açıqlamalar verib.
"Sherg.az" xəbər verir ki, tez-tez açıqlamaları ilə gündəmdə olan Mask bir daha bomba effekti yaradacaq ifadələr işlədib.
Mümkün bir kütləvi yoxa çıxmada bəşəriyyətin sağ qalmayacağını bildirən Musk, "Bəşəriyyətin yüz faizi kütləvi şəkildə yox olacaq. İnsanların Yer kürəsində kütləvi yox olmaqdan canını qurtarmaq imkanı yoxdur" söyləyib.
Mask daha sonra insanlara kütləvi yox olmaqdan xilas olmaq üçün yeganə çıxış yolunu göstərib:
 “İnsanlar kütləvi yox olmaqdan xilas olmaq istəyirlərsə, başqa planetlərə köçməlidirlər”.

Mənbə: HABER GLOBAL