İran parlamentinin 30 deputatı koronavirusa yoluxub

İran parlamentinin 30 deputatı koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı Əbülfəz Əbuturabi deyib.


Ə.Əbuturabinin sözlərinə görə, bu deputatların testlərinin cavabı son bir-iki gündə pozitiv elan olunub:

“Parlamentin rəyasət heyəti bütün deputatlardan test vermələrini istəyib”, - deyə o qeyd edib.

Qeyd edək ki, İranda indiyədək 132 380 nəfər koronavirusdan ölüb, 6 322 183 nəfər bu virusa yoluxub və 6 098 675 nəfər sağalıb.