Tokayev prezidentlik kürsüsündən gedəcəyi tarix barədə danışıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, iki dəfədən artıq dövlət başçısı olmağı planlaşdırmadığını açıqlayıb.

Sherg.az "24News.ge"ə istinadən xəbər verir ki, bu barədə Tokayev "Xəbər-24" telekanalına müsahibəsində bildirib.

Prezident qeyd edib ki, bunun üçün ölkə konstitutsiyasına dəyişiklik edilməyəcək.

Respublikanın əsas qanununa görə, Qazaxıstanda prezident beş il müddətinə seçilir, eyni şəxs ardıcıl iki dəfədən artıq dövlət başçısı ola bilməz.

Qeyd edək ki, Tokayev 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan prezidenti vəzifəsini icra edir.