188 insanın həyatını xilas edib
Yusif Nəzərli
17:45 21.07.2023
Dünya
394
Dostunun ölümündən çox təsirləndi
Türkiyənin Trabzon bölgəsində yaşayan 45 yaşlı Əhməd Cərrah 12 il əvvəl bədbəxt hadisəyə şahid olub. Artvinin Yusuflu əyalətində çalışdıqları su anbarı tikintisindən qayıdan 2 nəfər - geoloq-mühəndis Hüseyin Dərvişoğlu və inşaat mühəndisi Orxan Kamal Ulusoyun əyləşdiyi avtomobil Çoruh çayına aşıb. Xilasedicilər tərəfindən çalışma aparılsa da, onların cəsədi uzun müddət tapılmayıb.
Yalnız 10 il sonra Hüseyin Dərvişoğlunun cəsədi çaydan tapılıb. Orxan Kamal haqqında isə indiyədək də heç bir iz tapılmayıb. Hüseyin Dərvişoğlu Əhməd Cərrahın yaxın dostu olub. Dostunun faciəli ölümü Əhmədə ağır təsir edib. Qərara alıb ki, könüllü xilasedici olacaq, həyatını insanları xilas etməyə sərf edəcək.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Əhməd Cərrah əvvəlcə Sürmənədəki kafesini satıb, sonra toyda toplanmış qızılları da satıb və Sürmənə Axtarış-Xilasetmə Dərnəyini təsis edib. Xilasedici təlimləri almağa başlayıb. Xilasetmə işlərində lazım olan avadanlıqlar alıb. Bölgədə yanğın, suda batmaq halları baş verdikdə, həmçinin sel, daşqın, torpaq sürüşməsi kimi təbii fəlakətlərdə insanlara yardım etməyə başlayıb.
6 fevral zəlzələsində də Əhməd Cərrah dağıntılar altında qalmış insanları xilas etməyə gedib. İndiyədək Əhməd Cərrah 188 insanın həyatını xilas edib. Əhməd Cərrahın təsis etdiyi xilasetmə dərnəyinin 8 üzvü var. Dərnəyin üzvləri 6 fevral zəlzələsi zamanı 5 mərtəbəli binanın dağıntıları altından 29 saat sonra Eylül İklim Balini xilas edə biliblər. Əhməd Cərrah deyib ki, fövqəladə hallar dərnəkləri ilə əməkdaşlıq edir, ağır durumda qalan insanlara köməyə tələsir: “Dostumun faciəli ölümü mənə çox ağır təsir etdi. Könüllü xilasedici olmağa qərar verdim. Varımı, yoxumu satdım, bu dərnəyi qurdum. Bəziləri mənə “dəli” dedi. Dərnək üçün nə gərəkirdisə, hamısını aldım. Yeri gələndə kredit də götürdüm. Bəzən cibimdə bir qəpik də qalmadı. Qəza yerinə getmək üçün nisyə benzin aldım. Yardımsevərlərimiz çoxdur, onlar da mənə yardım edir. İnsanları xilas etdikdə, onların mənə dua etməsi bəsimdi. Övladımız yoxdur. Bu boşluğu insanları xilas etməklə doldururuq”. Əhməd Cərrah əməkdaşlarla birlikdə çox çalışdıqlarını, harda dara düşən insan varsa, köməyə çatmağa tələsdiklərini deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya