Rusiya VPN xidmətlərini bloklayır


Rusiyada artıq 20-yə yaxın məşhur VPN xidməti bloklanıb və Roskomnadzor bu işi davam etdirmək niyyətindədir.

Bunu Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Xinşteyn bildirib.

“Roskomnadzor işləyir, VPN hər gün bloklanır, bu o qədər də asan iş deyil, amma icra olunur”, -deyə o qeyd edib.

Müvafiq məsələ “Meta” sosial şəbəkələrinin Rusiyada məhdudlaşdırılması barədəki müzakirələr fonunda qaldırılıb.

“Bu şəbəkədən (Instagram - red.) istifadəyə davam edən hər kəs bu və ya digər şəkildə VPN-dən, şəbəkə marşrutundan yan keçmək sistemindən istifadə edir”, - deyə Xinşteyn etiraf edib.

Mənbə: “İnterfaks”