Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu təqdim edib.
Bu barədə çərşənbə günü Dövlət Dumasının vitse-spikeri, Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petr Tolstoy bildirib.
“Avropa Şurasından çıxmaq barədə qərar qəbul edilib. Xarici işlər naziri Sergey Lavrovun müvafiq məktubu təşkilatın baş katibinə təhvil verilib", - Tolstoy “Telegram” kanalında yazıb.
O, həmçinin vurğulayıb ki, Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır. Bu, balanslaşdırılmış və düşünülmüş qərardır.