Conson:“Rusiyadan neft və qaz idxalının dayandırılması vacibdir”

Böyük Britaniyanın baş naziri Boris Conson Krım müharibəsindən yazıb.
“Sherg.az” xəbər verir ki, B.Consonun bu barədə Britaniyanın “Daily Telegraph” qəzetində məqaləsi dərc edilib. Baş nazir Conson 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqını məqaləsində belə şərh edib:
“Putin ilk dəfə 2014-cü ildə Ukraynaya hücum edib. Qərb o zaman dəhşətli səhvə yol verdi. Rusiya müstəqil və suveren dövlətə məxsus böyük bir torpaq sahəsini zəbt etdi və biz buna icazə verdik”.

B.Conson Rusiyadan neft və təbii qaz idxalının dayandırılmasının vacibliyini də vurğulayıb: “Rusiya ilə mübarizənin yeganə yolu təzyiqləri artırmaq və sanksiyalara davam etməkdir”.

Qeyd edək ki, ötən həftə Antalya Diplomatiya Forumunda çıxış edən Türkiyə Prezidenti R.T Ərdoğan da məsələ ilə bağlı Qərbi günahlandırıb:

“Bütün Qərb, bütün dünya 2014-cü ildə Krımın işğalına qarşı çıxsaydı, bugünkü mənzərə ilə üzləşərdikmi? Amma Krımın işğalına susanlar indi nəsə deyirlər”.