“Biz Ukraynanın NATO-ya üzv olmaq və təhlükəsizliyi təmin etmək üçün nə edə biləcəklərini soruşduq. Onlar dedilər ki, qərar hələ masada deyil”
“Biz hava körpüsü tikə bilmirik, çünki Rusiya bombaları və raketləri göydən düşür”
Ukrayna prezidenti Vlodomir Zelenski Almaniya kanslerinə müraciətində Berlin Divarına istinad edir.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, V.Zelenski bu gün Almaniya kansleri Olaf Şolza müraciət edib. Bu zaman onu iclasda iştirak edənlər alqışlayıblar.
Video bağlantı vasitəsilə alman millət vəkillərinə müraciət edən Ukryana lideri rəhbəri bəyan edib:
“Bizi ayıran Berlin divarı deyil. Avropanın ortasında azadlıq və əsarət arasındadır. Bu divar Ukraynaya düşən hər bomba ilə, sülh üçün verilməyən hər bir qərarla daha da böyüyür. Bu niyə baş verir?”
V.Zelenski Soyuq Müharibə illərində Berlin hava gəmisini Ukraynadakı mövcud vəziyyətlə müqayisə edir:
“O vaxt hava məkanı təhlükəsiz idi, lakin indi biz hava körpüsü tikə bilmirik, çünki Rusiya bombaları və raketləri göydən düşür”.
V.Zelenski Almaniya Bundestaqındakı çıxışında açıq şəkildə “Holokost”dan sonrakı devizə də toxunub:
“Bir daha heç vaxt!"... Hər il siyasətçilər bunu deyir. İndi görürəm ki, həmin sözlərin heç bir əhəmiyyəti yoxdur. Avropada bir xalq məhv edilir”.
Ukryana rəhbəri “Pearl Harbora” və 11 sentyabr hadisələrini amerikalılara misal çəkib, Uinston Çörçil ilə bağlı ingilislərə səslənib.
Volodimir Zelenski məyusluğunu açıq bildirib:
“Biz Ukraynanın NATO-ya üzv olmaq və təhlükəsizliyi təmin etmək üçün nə edə biləcəklərini soruşduq. Onlar dedilər ki, qərar hələ masada deyil”.
Zelenski həmçinin alman biznesmenlərini Rusiya ilə sıx əlaqələrə görə qınayıb və əlavə edib ki, iqtisadi sanksiyalar çox gec tətbiq edilib.
O etiraf edib ki, Ukrayna bununla belə, ölkəni dəstəkləyən sadə almanlara minnətdarlığını bildirib:
“Divarların o tayına baxa bilənlərə minnətdaram”.