SİQNAL! - “Rusiyanın mövqeyi III Dünya müharibəsini istisna etmir” - AKTUAL 

"Rusiya hakimiyyəti vurğulayıb ki, Ukraynaya işğalçı yürüyüş onların son hədəfi deyil. Başqa ölkələrlə də eyni cür davaranacaqlar"

“Bəzi ekspertlər  Rusiyanın  Polşa, Litva, İsveç, Finlandiya kimi ölkələrə hərbi hücum edəcəyini proqnozlaşdırırlar”

“Çünki NATO lazımı cavabı verəcək”


“Əgər NATO-ya üzv olan dövlətlərə qarşı işğalçılıq planı baş tutarsa, Üçüncü Dünya müharibəsindən söhbət gedə bilər.
Dünən Türkiyə xarici işlər naziri naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşüb.
M.Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya-Ukrayna məsələsində ilk gündən dəqiq mövqe tutub və məsələnin beynəlxalq qanunlar çərçivəsində ədalətli həllinin tərəfdarıdır.

O əlavə edib ki, münaqişə tərəfi olan hər iki ölkə ilə yaxşı münasibətləri olan Türkiyə mövcud problemin sülh yolu ilə həllinə çalışır:

“Bu günə qədər Rusiya ilə istər Suriya, istər Livan məsələsində səmərəli iş birliyimiz olub. Bu etibarlı münasibətlər əsasında bu gün bu məsələni müzakirə edirik.

Müzakirələrin əhəmiyyəti barədə “Sherg.az”a danışan politoloq Ərəstun Oruclunun fikrincə, Türkiyənin Ukrayna-Rusiya böhranında vasitəçilik etmək cəhdləri, təəssüf ki, heç bir nəticə vermir:

“Baxmayaraq ki, bütün dünyanın gözü rəsmi Ankaradadır. Çünki o, NATO-ya üzv olan yeganə ölkədir ki, Rusiya ilə münasibətlərini qoruyub saxlamağa çalışıb. Buna görə də, bu alyansa məxsus olan digər ölkələr ona danışıqlar üçün mövcud imkan kimi baxır. Türkiyənin səyləri isə, o cümlədən, dəhşətli müharibəni dayandırmağa, hətta atəşkəs elan etməyə kifayət eləmir”.

Rusiyadan gələn bəyanatları xüsusi təhlükə kimi dəyərləndirən politoloq sülhdən danışmağın hələ ki, qeyri-mümkün olduğunu izah edib:

“Şimal qonşumuz  məqsədlərinə nail olmaq üçün sonadək gedəcəyini vurğulayıb. Başqa ölkələri təhdid etmək, ekspertlərin  dili ilə mesajlar vermək üçün fəaliyyət göstərir. Rusiya hakimiyyəti vurğulayıb ki, Ukraynaya işğalçı yürüyüş onların son hədəfi deyil. Başqa ölkələrlə də eyni cür davaranacaqlar. Sülhdən danışmaq kənara qalsın, bu kimi şeylərlə heç atəşkəsdən bəhs edə bilmərik. Türkiyənin səylərini səmərəsiz kimi qiymətləndirmək olmaz. Hər şey Rusiyanın mövqeyinin qeyri-rasional və aqressiv olmasından irəli gəlir”.

Üçüncü Dünya müharibəsinin ehtimalından bəhs edən Ə.Oruclu qeyd edib ki, nəzəri baxımdan hər şey ola bilər:

“Bəzi ekspertlər  Rusiyanın  Polşa, Litva, İsveç, Finlandiya kimi ölkələrə hərbi hücum edəcəyini proqnozlaşdırırlar. Əgər NATO-ya üzv olan dövlətlərə qarşı işğalçılıq planı baş tutarsa, Üçüncü Dünya müharibəsindən söhbət gedə bilər. Çünki NATO lazımı cavabı verəcək. Bunun olub-olmayacağı məlum deyil. Amma Rusiya hökümətinin aqressiv mövqeyi Dünya müharibəsini istisna etmir”.