Ərdoğanla Putin arasında KRİTİK MÜZAKİRƏ... 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışacaq.
“Sherg.az” xəbər verir ki, bu bəradə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Kolumbiyanın vitse-prezidenti və xarici işlər naziri Marta Lucia Ramirez ilə birgə mətbuat konfransı keçirən Çavuşoğlu, Ukraynadakı türk vətəndaşlar barədə də danışıb. Nazir bildirib ki, yaxın  saatlarda Türkiyə və Rusiya liderləri arasında telefon görüşməsi baş tutacaq. Eyni zamanda, Kreml rəsmi açıqlama ilə bu görüşü təsdiqləyib.
Qeyd edək ki, ötən gün R.T.Ərdoğan Ukrayna prezidenti V.Zelenski ilə də danışıb.