Çin XİN başçısı ukraynlı həmkarı ilə danışdı:“İstədiyimiz tək şey sülhdür”

Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı aparıb.
“Sherg.az”  NTV-yə istinadən xəbər verir ki, bu  barədə ÇXR Xarici İşlər Nazirliyindən məlumat verilib.  Nazir Vanq görüş zamanı ölkəsinin Ukrayna ilə bağlı tutduğu mövqeydən danışıb:
"Çin geosiyasi maraq güdmür. Biz nə nəsə etmədən təhlükəsiz məsafədən seyr etmək, nə də münaqişəni alovlandırmaq istəyirik. 

Ukraynada istədiyimiz tək şey sülhdür. Müzakirələr nə qədər çətin, fikir ayrılıqları nə qədər böyük olsa da, atəşkəs və yekun sülh əldə olunana qədər danışıqlar davam etdirilməlidir".

Vanq dialoq yolu ilə balanslı, effektiv və davamlı təhlükəsizliyin qurulmasının vacibliyini və Çinin bu sahədə konstruktiv rol oynamağa davam edəcəyini vurğulayıb.

Ukraynalı nazir Kuleba da humanitar yardıma görə Çinə təşəkkür edib və ölkəsinin Rusiya ilə qalıcı bir həll yolu tapmaq və Avropaya qapı olmaq istədiyini vurğulayıb.

Kulebanın sözlərinə cavab olaraq, Vanq ölkələrin inkişafına, Çin və Avropa arasındakı əməkdaşlığına ümid etdiyini bildirib.