Kadırov Peskovu tənqid atəşinə tutdu! - “Əsl vətənpərvər kimi davranmır”

Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan Çeçenistan lideri Ramzan Kadırov Kremlin sözçüsü Dmitri Peskovu tənqid atəşinə tutub.
“Sherg.az” HaberGlobal-a istinadən xəbər verir ki, o, Peskovu əsl vətənpərvər kimi davranmamaqda ittiham edib. Kadırov bildirib ki, bununla bağlı nəsə etmək lazımdır.

Britaniyanın “The Times” qəzetinə danışan Rusiya təhlükəsizlik xidmətinin yüksək rütbəli əməkdaşı Kadırovun Ukraynaya müdaxiləsindən cəsarətləndiyini bildirib:

 "Kadırov Kremldə təhlükəsizlik qanadının liderlərini gözdən salmaq üçün güclü kampaniyaya başlayıb. İndi o qədər qarışıqlıq var ki, o, uğur qazana bilər. Əgər Putin, ona təhlükəsizlik blokunu qismən də olsa, versə, sabah bütün Rusiya onun əllərində olacaq.

Məsələ ilə bağlı danışan Peskov , nümayəndələrin  kimin ən çox vətənpərvər olduğunu sübut etməklə bir-birini ötməyə çalışmasının faydasız olduğunu deyərək, Kadırovun fikrilərini  rədd etməyə çalışıb.

Qeyd edək ki, Çeçenistan lideri ötən həftə də İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları ilə bağlı nümayəndə heyətinin rəhbəri Vladimir Medinskini hədəfə alıb.