Növbə Putinin sevgilisinə çatdı:  Kabayevaya sanksiya... - FOTO

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən Qərbin tətbiq etdiyi sanksiyalar da güclənməyə başlayıb.  ABŞ-ın Putinin qızlarına sanksiya tətbiq etməsindən  sonra, Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayevanın adı onun idarə etdiyi “National Media Group”  təşkilatının siyahısından çıxarılıb.

“Sherg.az” xəbər verir ki, Putinin “təbliğat maşını” adlandırılan “NMG”  idarə heyətinin sədri 38 yaşlı Alina Kabayevanın fotosu və məlumatları internet saytından silinib. 

Putinin sevgilisi olduğu iddia edilən və ildə 10 milyon dollar qazandığı təxmin edilən Kabayevanın sanksiyalardan qorxduğu iddia edilib. 

Bildirilib ki, həbsdə olan rusiyalı müxalif Aleksey Navalni Qərbi Kreml mediasına sanksiya tətbiq etməyə çağırdıqdan sonra Kabayevanın özü haqqında məlumatları silinib.

Qeyd edək ki,  əvvəllər heç bir media və iş təcrübəsi olmayan Kabayeva 2014-cü ildən quruma rəhbərlik edir. Putindən 31 yaş kiçik olan Kabayevanın ixtiyarında Maybach limuzinləri parkı var və Moskvada səfərləri zamanı yüksək səviyyəli təhlükəsizlik tərəfindən qorunur.

Kabayeva bədii gimnastika tarixində 2 olimpiya, 14 dünya çempionatı və 25 Avropa çempionatı medalı ilə ən çox medal qazanan gimnastlardan biri kimi tanınır. İdmanı buraxdıqdan sonra siyasətə gələn Kabayeva Putinin partiyasından deputat seçilib.

Bir sıra rus mənbələri  Kabayevanı Putinin iki yetkin qızının anası, 62 yaşlı keçmiş birinci xanım Lyudmila ilə evliliyinin pozulmasına səbəb kimi görürlər.