Polis yeniyetməni güllələyərək öldürüb  - VİDEO

Amerika Birləşmiş Ştatlarında polis qaradərili yeniyetməni başından güllələyərək öldürüb.

“Sherg.az” xəbər verir ki, aprelin 4-də  polisin Patrik Lyoya adlı qaradərili gənci güllələyərək öldürdüyü anların görüntüləri ortaya çıxıb. Görüntülərdə polisin qaradərili gənci saxlayaraq avtomobilin nömrəsinin saxta olduğuna görə ondan vəsiqə istəməsi görünür. Gənc qaçmağa başlayandan sonra polis də onun arxasınca qaçır. Polisin 26 yaşlı Lyoyanı yerə yıxdıqdan sonra başından güllələdiyi görünür. 

Görüntülərin ortaya çıxmasından sonra Miçiqan ştatında kütləvi etirazlar baş verib . Adı açıqlanmayan və səlahiyyətlərini aldıqdan sonra məzuniyyətdə göndərilən polis əməkdaşı ilə bağlı araşdırmalara başlanılıb.