Zelenski: “Silahların gecikməsi ukraynalıların həyatı bahasına başa gəlir” – Rusiyadan hücum...

Ukrayna-Rusiya müharibəsinin 53-cü günü geridə qalarkən, Ukrayna Prezidenti Vladimir Zelenski  Rusiyanın hücuma başladığını bildirib.
“Sherg.az” “Sabah”a istinadən  xəbər verir ki, Ukrayna lideri bunu xalqa müraciəti zamanı söyləyib.  "Rusiya qoşunları ölkənin şərqində hücum əməliyyatına hazırlaşır. Bu yaxın gələcəkdə başlayacaq. Rusiya qoşunları  Mariupolu darmadağın edərək, Donetsk və Luqansk vilayətlərindəki digər şəhər və icmaları da məhv etmək istəyirlər"-,  deyə bildirib.

Müdafiəni təmin etmək üçün hər şeyi etdiklərini və tərəfdaşlarla davamlı ünsiyyətdə olduqlarını ifadə edən Zelenski,  silah gecikmələrindən də şikayətlənib:

"Həqiqətən əllərindən gələn hər şeylə kömək edənlərə minnətdarıq. Ancaq ehtiyacımız olan silah- sursata sahib olanlar və onları tədarük edənlər bilməlidirlər ki, bu müharibənin taleyi onlardan asılıdır. Silahlardakı hər gecikmə, hər siyasi gecikmə ukraynalıların həyatı bahasına başa gəlir. Rusiya bunu belə şərh edir, reallıq belə olmamalıdır”.