Dovşandan Baydenə hörmətsizlik: maraqlı anlar lentə alındı 

ABŞ prezidenti Co Baydenlə “Pasxa dovşanı” arasında maraqlı anlar yaşanıb.
“Sherg.az” Sabaha-a istinadən xəbər verir ki, Bayden Əfqanıstandakı vəziyyəti dəyərləndirərkən, Pasxa dovşanı qəfildən onun qarşısına çıxıb və çıxışı yarımçıq qalıb. Çaşqın ifadəsi kameraya əks olunan Bayden əl jesti ilə dovşanı itələməyə çalışıb.
Qısa zaman ərzində bu görüntülər sürətlə sosial mediada yayılıb. Bəzi istifadəçilər vəziyyətin “böyük hörmətsizlik” kimi dəyərləndiriblər.  Dovşanın kimliyi isə bilinmir.