Əsirlər dəyişdirildi, 14 ukraynalı evinə qayıdıb

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsi həyata keçirilib

Ukrayna ilə Rusiya arasında daha bir əsir mübadiləsi həyata keçirilib, 14 ukraynalı evinə qayıdıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk teleqram kanalında məlumat yayıb.

Əsirlikdən qayıdanlardan 7-si hərbçi, 7-si isə mülki şəxsdir.

"Bu mübadilə mənim üçün xüsusidir, çünki hərbçi qadınlardan biri beş aylıq hamilədir", - deyə Vereşçuk əlavə edib.