Almaniyada məktəb və uşaq bağçalarında COVID testləri ləğv olunur

AFR-in Nazirlər Kabineti ölkədəki məktəblərdə və uşaq bağçalarında COVİD testlərinin mərhələli şəkildə ləğv edilməsi üzrə plan hazırlayıb. AZƏRTAC xəbər verir ki, bu haqda Almaniyanın bir sıra federal əyalətlərinin təhsil nazirlikləri bu gün elan ediblər. Məktəblərdə indiyədək qüvvədə olan məcburi həftəlik testlər və maskalar ən yaxın həftələr ərzində könüllü olacaq.

Məktəblilərin məcburi şəkildə testdən keçməsi son iki ayda bir neçə dəfə azaldılıb. Gələn ayın əvvəlinə qədər məcburi testlərin tamamilə ləğv edilməsi planlaşdırılır.

Martın 21-dən ibtidai və xüsusi məktəblərin şagirdlərinə binalarda maskasız olmasına icazə verilmişdi. Gələn həftənin əvvəlindən artıq bütün məktəblilər maska taxmaqdan azad ediləcəklər.