Britaniya qlobal NATO-nun yaradılmasına çağırıb

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Hind-Sakit okean regionunda baş verənləri izləməyə imkan verəcək qlobal NATO-nun yaradılmasına çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Trass bunu Almaniyanın paytaxtında baş tutan NATO xarici işlər nazirlərinin toplantısından əvvəl deyib.

"Diqqətimizi qlobal NATO-ya yönəltməyimiz vacibdir. Çünki avro-atlantik təhlükəsizliyi qoruyarkən Hind-Sakit okean regionuna da diqqət yetirməliyik", - britaniyalı nazir bildirib.

Trass Ukraynanın NATO standartlarına uyğun silahlara malik olmasını təmin etmək üçün region ölkələri ilə sıx əməkdaşlıq etdiklərini vurğulayıb.