İranda 368 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb


İranda ötən sutka ərzində 368 nəfər koronavirusa (COVID-19) yoluxub, 8 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 224 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 737 nəfərin vəziyyəti ağır qiymətləndirilir.